“Milan” rəhəbərliyinin baş müşaviri Zlatan İbrahimoviç “rossoneri”nin İtaliya və dünya çapında məşhurluğundan söhbət açıb.
Arena.az “Football Italia” dərgisinə istinadən, isveçli mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Milan” – İtaliyanın ən məşhur klubudur. Biz italyan futbolunu dünyada təmsil edirik. DNT, zehniyyət, əsil-nəcabət – bütün bunlar “Milan”a aiddir. Hamı bizim haqqımızda danışır. Əgər bizim haqqımızda danışırlarsa, onda demək, biz nəsə böyük bir iş görürük. Biz başqalarına baxıb göz yetirmirik. Biz həmişə irəli gedirik. Yolumuzun üstündəki ixtiyari maneəmi? Biz bunu söküb-atarıq”, deyə “İbra” nərə çəkib.
Xatırladaq ki, Zlatan İbrahimoviç 2023-cü ildə futbolçu karyerasını bitirmək qərarına gəlib və futbolçu ikən sonuncu klubu olmuş “Milan” rəhbərliyində müşavir vəzifəsinə təyinat alıb.
İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los-Anceles Qelaksi”də çıxış edib.
Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.