Avqustun 26-sı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin 75 yaşı tamam olur. QMİ-nin Qazılar Şurasının üzvü, Qərb bölgəsi üzrə Qazi, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov yubiley münasibətilə Şeyxülislama təbrik məktubu yazıb.

Reyting.az-ın məlumatına görə, Hacı Tahir Abbasov təbrik məktubunda QMİ sədrinin İslam dininin əsl mahiyyətinin təbliği və təşviqindəki fəaliyyətini yüksək qiymətləndirib.
Hacı Tahir Abbasov Şeyxülislamın ölkəmizdə ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsində xoşməramlı niyyətlərinə də toxunub, ona uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayıb.