Son Xəbərlər
  • Facebook
  • Instagram
  • Twitter/X
  • YouTube
  • Telegram
Neonews.az - Ana səhifə
Hava durumu
ŞəhərHava məlumatı
--°C
Axtarış et
MenyuBÖLMƏLƏR
Hava durumu
ŞəhərHava məlumatı
--°C
Yeniləmək üçün aşağı çəkin

Gündüz yuxularının gözlənilməz FAYDALARI üzə çıxdı

Gündüz yuxularının gözlənilməz FAYDALARI üzə çıxdı
📅28.06.2025 / 15:00
👁
Mətni kiçiltMətni sıfırlaMətni böyüt

Qısa gündüz yuxularının problem həll etmə qabiliyyətini və yaradıcıllığı artırdığı müəyyən edilib.

Qısa gündüz yuxularının problem həll etmə qabiliyyətini və yaradıcıllığı artırdığı müəyyən edilib.

News24.az xəbər verir ki, bu barədə “PLOS Biology” jurnalı Almaniyada aparılan araşdırmaya istinadən məlumat yayıb. Tədqiqat göstərib ki, qısa gündüz yuxuları  mürəkkəb problemlərin qeyri-ənənəvi yollarla həllinə kömək edə bilər.

Bununla bağlı təcrübədə iştirak edən 90 nəfərə tapşırıq verilib. Tapşırıq müəyyən mərhələlərdən ibarət olub.  Bir neçə mərhələni tamamladıqdan sonra iştirakçılar 20 dəqiqəlik istirahətə buraxılıb: bəziləri yuxuya gedib, bəziləri isə oyaq qalıb. Bu zaman onların beyin fəaliyyəti EEG cihazı ilə izlənib.

İstirahətdən sonra iştirakçıların 70 faizi tapşırığı daha tez yerinə yetirməyə imkan verən doğru yanaşmanı tapa bilib. Xüsusilə yüngül yuxu – N2 mərhələsinə çatanlar arasında bu göstərici 85,7 faiz olub. Oyaq qalan iştirakçılar arasında isə bu nisbət 55,5 faiz təşkil edib.

Alimlər hesab edirlər ki, bu nəticələr insanların yuxuda olarkən beynində gedən dəyişikliklərlə bağlıdır. Yəni yuxu beyindəki sinir əlaqələrinin yenidən qurulmasına və insanın düşünmə qabiliyyətinin yaxşılaşmasına kömək edir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, qısa gündüz yuxusu təkcə bədənin bərpasına deyil, həm də qeyri-standart düşüncə və yaradıcı yanaşma tələb edən problemlərin həllinə kömək edən daxili koqnitiv mexanizmləri aktivləşdirir.


Oxşar xəbər tapılmadı

XƏBƏR LENTİ

Gündüz yuxularının gözlənilməz FAYDALARI üzə çıxdı - Neonews.az