Son Xəbərlər
  • Facebook
  • Instagram
  • Twitter/X
  • YouTube
  • Telegram
Neonews.az - Ana səhifə
Hava durumu
ŞəhərHava məlumatı
--°C
Axtarış et
MenyuBÖLMƏLƏR
Hava durumu
ŞəhərHava məlumatı
--°C
Yeniləmək üçün aşağı çəkin

"20 Yanvar" stansiyasında baş verən terror aktından 31 il keçir

"20 Yanvar" stansiyasında baş verən terror aktından 31 il keçir
📅19.03.2025 / 04:51
👁
Mətni kiçiltMətni sıfırlaMətni böyüt

Bakı metropolitenin "20 Yanvar" stansiyasında 1994-cü il martın 19-da erməni terrorçuları tərəfindən törədilən terror aktından 31 il keçir.

BAKU.WS xəbər verir ki, qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan xalq artisti Rafiq Babayev də olub.

Məhkəmə orqanları metrostansiyadakı terror aksiyasının Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.

Cinayətin törədilməsində şübhəli bilinən "Sadval" Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb.

Oxşar xəbər tapılmadı

XƏBƏR LENTİ