Bakı. Trend:
Türkiyənin 31 vilayətində dələduzluqla məşğul olan şəbəkələrəqarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend xəbər verirki, bu barədə Türkiyə DİN rəhbəri Əli Yerlikaya öz “X” səhifəsindəməlumat bölüşüb.
Əməliyyatın gedişində 102 nəfər həbs olunub. Onların bankhesablarında ümumilikdə 107 milyon TL həcmində maliyyəəməliyyatları aparıldığı müəyyən edilib.
Məlumata görə, şübhəlilər özlərini dövlət qulluqçusu, vəkil,bank işçisi və ya barışdırıcı şəxs kimi təqdim edərək, telefonlotereyaları və iş vədi ilə, sosial şəbəkə və tanışlıq tətbiqlərivasitəsilə əlaqə quraraq insanlara yüksək qiymətlər tətbiq etməklə,vətəndaşlarla yaxın münasibət yaradıb sonradan onları şantajetməklə, saxta internet saytları üzərindən elektron cihazlar vətorpaq sahələrinin satışını vəd etməklə insanları aldatdıqları,onlardan iri məbləğlərdə pullar aldığı müəyyən edilib.